Baş nazirin müavini: Azərbaycan Türkiyənin FETÖ ilə bağlı problemin çözülməsi istiqamətində atdığı addımları dəstəkləyir

Baş nazirin müavini: Azərbaycan Türkiyənin FETÖ ilə bağlı problemin çözülməsi istiqamətində atdığı addımları dəstəkləyir
21:27 27 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Azərbaycan FETÖ ilə bağlı mövzunun həssaslığını nəzərə alaraq, Türkiyənin həmin problemin çözülməsi istiqamətində atdığı addımları dəstəkləyir və yanında olduğunu bəyan edir".
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov deyib.
Onun fikrincə, istənilən məsələyə təmkinlə və səbrlə yanaşmaq lazımdır: “Başa düşürəm ki, bu problem Türkiyə üçün həssasdır və bunun üçün də əsasları var. Hər hansı bir günahı olanı varsa, bu araşdırılmalıdır. Kampaniya aparıb, günahı olmayanı da bu işə qatmaq, ədalət baxımından düz olmazdı”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR