Gündə bir ovuc qoz yesəniz...

Gündə bir ovuc qoz yesəniz...
21:27 27 Oktyabr 2016
593 Ölkə
Ölkə mətbuatı
A- A+

Qozun çoxsaylı faydaları haqda müxtəlif məlumatlar var. Yeni araşdırmalara görə isə, həftədə 4 gün bir ovuc qoz yemək və ya qoz yağı istifadə etmək infarkt riskini azaldır.

Milli.Az lent.az-a istinadən qozun ürəyə faydalarını təqdim edir.
Qoz yemək və ya qoz yağı içmək ürəyi qoruyur. Araşdırmalar göstərib ki, insanlar bir ovuc qoz yedikdən 4 saat sonra qan damarlarının elastikliyi, xolesterol səviyyəsi, qan dövranı yaxşılaşır. Qozun və qoz yağının ürəyə faydalarını sübut edən araşdırmaların nəticəsi qozun bizi ürək-damar xəstəliklərindən qoruduğunu ortaya qoyub.
 
Amerikalı professor Penny Kris Eterton sağlamlığımız üçün hətta hər gün bir ovuc qoz yeməyə ehtiyac olduğunu bildirib. 3 yemək qaşığı (51 q) qoz yağı qəbul etmək isə qan damarlarının sürətini 4 saat içində inkişaf etdirir.
 
Qoz yağı endotelyal hüceyrələrin sağlamlığı üçün çox faydalıdır. Bu hüceyrələr qan damarlarını inkişaf etdirir və damarların elastikliyində əhəmiyyətli rol oynayır.

Mili.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR