Astarada 18 yaşlı qız yeddinci mərtəbədən yıxılıb öldü

Astarada 18 yaşlı qız yeddinci mərtəbədən yıxılıb öldü
22:05 27 Oktyabr 2016
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Astara şəhərində bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 20.30 radələrində Astara şəhərinin  Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin ünvanda yaşayan bacısının evinə qonaq gələn 18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan  binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Onun meyiti müayinə olunmaqdan ötrü  Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
 
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR