Ruzinin artması üçün zikrlər

Ruzinin artması üçün zikrlər
22:12 27 Oktyabr 2016
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Dua və zikr etmək Allah dərgahında xüsusi məqama malik olan əməllərdəndir. Zikr və duadan yaxşı nəticə almaq üçün bəndə gərək duanın ədəb və qaydalarına riayət etsin və özü üçün bu şəraitləri yaratsın. Ancaq o zaman duanın və zikrin təsiri olar. Yəni, belə deyildir ki, hər kim zikr desə, ona ruzi nazil olar və ya hansısa hacətinə çatar. Zikrin və duanın təsir etməsi üçün qəlbin paklığı, niyyətin xalis olması, haram maldan çəkinmək, iman, saleh əməl... mühüm mövzulardandır ki, ona əməl olunmalıdır.

İmam Sadiq (ə) ruzinin artması ilə bağlı ibni Əmmara belə bir zikri təlim vermişdir:
اللهم ارزقني من فضلك الواسع الحلال الطيّب رزقاً واسعاً حلالاً طيبا بلاغاً للدنيا و الاخره صبّاً صبّاً هنيئاً مرئياً من غير كدٍّ و لا من احدٍ من خلقك الا سعةً من فضلك  الواسع فانك قلت: و اسئلوا الله من فضله فمن فضلك أسئلُ و من عطيَّتك اسئل من يدك الملا اسئل
İmam Baqir (ə) ruzinin artması ilə bağlı buyurur: "Vacib namazın səcdəsində deyin:
يا خير المسئولين و يا خير المعطين اُرزُقني و ارزُق عيالي مِن فضلك فانك ذو الفضل العظيم.
Məsumlarımız (ə) bu cür zikrləri tövsiyə etməklə yanaşı buyururlar ki, insan ancaq zəhmət çəkərək və səy göstərərək ruzi qazana bilər. Belə ki, İmam Baqir (ə) buyurur: "Mən düşmən sayıram o kəsi ki, ağzını açar və deyər ki, Allahım, mənim ruzimi ver, halbuki ruzi əldə etmək üçün getməz".
İradəni gücləndirmək və şeytanın vəsvəsəsindən qorumaq üçün tövsiyə edilir ki, bu zikrlər deyilsin:
آمنتُ بالله و برسوله مخلصاً له الدين
لا حول و لا قوه الا بالله العلي العظيم
Həmçinin tövsiyə olunur ki, iblisin (lən) şərini dəf edən dualar oxunsun.
İnsanların yanında əziz olmaq üçün tövsiyə olunur ki, səxavətli olun, çünki səxavət insanların sevgisini cəlb edir.
Üç şey məhəbbətə səbəb olar: "Dindarlıq, təvazökarlıq, səxavət".
Üç şey məhəbbətə səbəb olar: "Gülərüzlülük, insanlarla mehriban olmaq, təvazökarlıq".
Bir nəfər Peyğəmbərə (s) deyir ki, mənə elə bir şey öyrədin ki, Allah və yer əhli məni sevsin. Həzrət (s) buyurur: "Allahın yanında olana rəğbətin olsun ki, Allah səni sevsin. İnsanların malik olduqlarından ürəyini çək ki, insanlar səni sevsinlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/483371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR