Bu uşaq yarım milyon insanı öldürüb

Bu uşaq yarım milyon insanı öldürüb
22:22 27 Oktyabr 2016
262 Dünya
Ölkə mətbuatı
A- A+

Bu uşaq böyüyəcək və vətəndaş müharibəsinə, eləcə də yüz minlərlə insanın ölümünə səbəb olacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin uşaqlıq fotosu yayılıb.

Fotodan da göründüyü kimi, Bəşər Əsəd o zaman 4-5 yaşında olub.

B.Əsəd 1965-ci ildə Dəməşqdə anadan olub. Orta məktəbi bitirdikdən sonra orduda qulluq edib. Daha sonra təhsilini Londonda alıb. İxtisası göz həkimliyidir.

Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra Suriya prezidenti olub. 2011-ci ildə başlanan "ərəb baharı"ndan sonra onun istefasını tələb edən müxalifətə silahlı hücum edib. 2011-ci ilin mart ayında onun postundan getmək istəməməsi ilə başlanan vətəndaş müharibəsi indiyə qədər davam edir və bütün dünya siyasətinə təsir edən böhrana çevrilib.

Bir sıra ekspertlər Suriya böhranının qlobal güclərin oyunu olduğunu deyirlər. Siyasi proseslərinin analizi də bunu təsdiq edir. Lakin bütün bunlar Əsədin yüz minlərlə işanın ölümünə bais olması gerçəyini dəyişmir. Hətta bu ölümlərin arxasında ABŞ, Rusiya, yaxud digər güclər dayansa da, bu gün Suriya böhranı və orada baş verən faciələr deyəndə göz önünə Əsəd gəlir.

Beş ildir davam edən Suriya müharibəsi nəticəsində 500 minə yaxın insan həlak olub. Onların yarıdan çoxu mülki vətəndaşlardır. Bununla yanaşı, 2 milyona yaxın insan yaralanıb, 13,8 milyon insan əmək qabiliyyətini itirib. 10 milyona yaxın insan qaçqın vəziyyətə düşüb.

Hazırda müharibə davam edir və bu statistikanın artacağı gözləniləndir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/483846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR