Putin: “ABŞ Suriyaya dair razılaşmanı özü pozub”

Putin: “ABŞ Suriyaya dair razılaşmanı özü pozub”
22:52 27 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Suriyaya dair razılaşmanı  özü pozub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.  
O, həmçinin qeyd edib ki, ABŞ Suriyada terrorçularla müxalifətin ayrılmasının vacibliyini etiraf edib və bunu edəcəyini dəfələrlə vəd edib, lakin sözünə xilaf çıxıb.  
 
"Sirr deyil ki, amerikalı tərəfdaşlarımız bunu edəcəklərini vəd edib. Birincisi, onlar bunun edilməsinin vacibliyini etiraf ediblər, onlar Hələbin bir hissəsinin İŞİD və "Cəbhə ən-Nüsrə" terror qruplaşmalarının nəzarətində olduğunu etiraf ediblər. Biz  bu qruplaşmaların bayraqlarının Hələbin ayrı-ayrı hissələrində dalğalandığını video kadrlarda da müşahidə edirik. Onlar  bunun edilməsinin vacibliyini etiraf ediblər. Və bizə bunu edəcəklərini vəd ediblər", - deyə Putin qeyd edib.  
 
 "Onlar bunu Müdafiə Nazirliyi, XİN rəhbərliyi, xüsusi xidmət orqanlarının səviyyəsində dəfələrlə bizə vəd ediblər. Təəssüf ki, hər dəfə bu vədlər yerinə yetirilmirdi. Onlar bunu etmirdilər", - deyə Putin əlavə edib. Onun sözlərinə görə, sonuncu dəfə bu məsələ Çində "G-20" sammitində qaldırılmışdı.  
 
"Fakt faktlığında qalır.  Suriyada terrorçularla müxalifətin sağlam hissəsini ayırmaqdansa, amerikalı tərəfdaşlarımız özləri bu razılaşmanı pozub", - deyə prezident bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR