Türk klubunun 12 xalı silindi: FİFA-dan ŞOK qərar

Türk klubunun 12 xalı silindi: FİFA-dan ŞOK qərar
22:57 27 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

FİFA Nizam İntizam Komitəsinin qərarı ilə Türkiyə I Liqa klublarından "Elazığspor"un 12 xalı silinib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubun vitse-prezidenti yerli mətbuata açıqlama verib.
 
Klub rəsmisinin bildirdiyinə görə, Ali futbol qurumunun bu qərarında əsas səbəb Elazığ təmsilçisinin Fabio Bilikaya və Fransanın "Soşo" klubuna olan borclarının ödəməməsi olub.
 
Bu cəzadan sonra xal ehtiyatı -2 olan sözügedən komanda turnir cədvəlinin zirzəmisinə yuvarlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR