Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsinin ikinci oyunda da məğlub olub

Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsinin ikinci oyunda da məğlub olub
23:07 27 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Buxarest. 27 oktyabr. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Avstriya millisi ilə qarşılaşıb. "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, görüşün 3-cü dəqiqəsində Avstriya komandası hesabı açıb.
Erkən qolu Azərbaycan yığmasının qapısından Aldin Aganovic keçirib. Çox keçmədən millimiz oyunda tarazlığı yarada bilib. Qarşılaşmanın 22-ci dəqiqəsində künc zərbəsindən qaldırılan topu Xəqani Sadıqov baş zərbəsilə Avstriya millisinin qapısından keçirib. Birinci hissə 1-1 hesabı ilə başa çatıb.
İkinci hissənin 60 və 74-cü dəqiqələrində Romano Schmid və Nicholas Wunsch hərəyə bir dəfə fərqlənməklə Azərbaycan yığmasının qapısından daha 2 qol keçirib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Avstriya millisinin 3:1 hesablı qələbəsilə başa çatıb.
Bu gün keçirilən digər oyunda İngiltərə millisi meydan sahibi Rumıniyanı 3:0 hesabı ilə məğlub edib.
Hazırda qrup cədvəlinə 6 xalla İngiltərə və Avstriya milliləri başçılıq edir. Rumıniya və Azərbaycan yığmaları isə hələ ki, xal qazana bilməyiblər.
Qrupun sonuncu turunun oyunları oktyabrın 30-da keçiriləcək. Azərbaycan millisi ev sahibi Rumıniya, İngiltərə millisi isə Avstriya ilə qarşılaşacaq.
Qeyd edək ki, oyunlar Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının Futbol Mərkəzinin stadionunda keçirilir.
Avropa çempionatı, seçmə mərhələ, II tur
20:00. Azərbaycan U-17 - Avstriya U-17 - 1:3
Qollar: Xaqani Sadıqov, 23 - Aldin Aganoviç, 3, Romano Şmid, 60, Nikoas Vunç, 74
Baş hakim: Petur Raynert (Farer adaları)
Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)
Hakim-inspektor: Cerard Perri (İrlandiya)
Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi





Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisi-qrupda-ikinci-oyununda-da-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR