Bakıda binada yanğın, zəhərlənən var

Bakıda binada yanğın, zəhərlənən var
23:09 27 Oktyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik şitində baş verib. Nəticədə 1 ədəd elektrik açarı yanıb. Yanğın zamanı 1 nəfər bina sakini tüstüdən yüngül zəhərlənib və Təcili Tibbi Yardım Xidməti tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR