Astarada yolda sürüşmə

Astarada yolda sürüşmə
23:24 27 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Astaranın 21 yaşayış məntəqəsinin 12 min əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

 

Yerli sakinlərin sözlərinə görə, sürüşmə bölgəyə düşən intensiv yağıntılar səbəbindən baş verib.

 

Yol təqribən 7 metrədək sürüşərək nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Yerli qurumların müdaxiləsindən sonra yola 10-dək ağırtonajlı yük maşınında qum-çınqıl gətirilərək döşənib. Nəticədə avtomaşınların hərəkəti bərpa olunub.

 

Hazırda sözü gedən avtomobil yolunun rayonun Baxışoba kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb. Belə ki, burada eni 3 metr olan yol 10 metrədək dərəyə doğru sürüşüb. Sürüşmə zolağı 30 metrlik məsafəni əhatə edib. Ağır texnikanın və işçi qüvvəsinin səyləri ilə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

 

Qeyd edək ki, tikintisinə 6,7 milyon manat vəsait sərf olunmuş Deqədi-Pəlikəş avtomobil yolu ötən ilin aprel ayında istifadəyə verilib. Həmin vaxtdan indiyədək yolda dəfələrlə torpaq sürüşmələri və uçqunlar qeydə alınıb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR