FIFA-dan Cavdin sabiq komandasına ağır cəza

FIFA-dan Cavdin sabiq komandasına ağır cəza
23:27 27 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

FIFA Nizam İntizam Komitəsinin qərarı ilə Türkiyə I Liqa klublarından “Elazığspor”un 12 xalı silinib. Fanat.Az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti yerli mətbuata açıqlama verib.

 

Klub rəsmisinin bildirdiyinə görə, Ali futbol qurumunun bu qərarında əsas səbəb Elazığ təmsilçisinin Fabio Bilikaya və Fransanın “Soşo” klubuna olan borclarının ödəməməsi olub.

 

Bu cəzadan sonra xal ehtiyatı -2 olan sözügedən komanda turnir cədvəlinin zirzəmisinə yuvarlanıb.


Qeyd edək ki, hazırda "Neftçi"də çıxış edən Cavid İmamverdiyev 2014/15 mövsümündə "Elazığspor"da çıxış edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-dan-cavdin-sabiq-komandasna-ar-cza-t53687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR