Türkiyədə 73 hərbi təyyarəçi həbs edilib

Türkiyədə 73 hərbi təyyarəçi həbs edilib
03:42 28 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları 73 hərbi təyyarəçinin həbsinə order verib.
"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər yayıb.
Xəbərdə bildirilir ki, həbslər Konya aviabazasında həyata keçirilib. Həbs edilənlər iyulun ortalarında FETÖ tərəfindən hazırlanmış dövlət çevrilişinə cəhddə iştirak etməkdə şübhəli bilinirlər.
Bununla yanaşı, hərbi təyyarəçilər Konstitusiyanı pozmaqda, Fətullah Gülənlə əlaqədə ittiham edilirlər.
Qeyd edək ki, polis ötən həftə bu hərbi bazada 99 hərbi xidmətçini həbs edib.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR