Herman Stadler: "Futbolçuların fərdi bacarıqları Azərbaycan millisi üzərində qələbəyə səbəb oldu"

Herman Stadler: "Futbolçuların fərdi bacarıqları Azərbaycan millisi üzərində qələbəyə səbəb oldu"
06:57 28 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Buxarest. 28 oktyabr. REPORT.AZ “Biz bilirdik ki, Azərbaycan milli yığması güclü müdafiəyə malikdir. Ona görə də komandamızın taktiki planı hava ötürmələrindən daha çox yerlə ötürmələrdən istifadə etmək idi”.
Bu sözləri “Report”un Şərqi Avropa bürosuna 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisilə oyundan sonra Avstriya yığmasının baş məşqçisi Herman Stadler bildirib.
Baş məşqçi əlavə edib ki, komandasının qələbə qazanmasına əsas səbəblərdən biri də yetirmələrinin fiziki hazırlıqlarının daha yaxşı olmasıdır. “Biz iki fərqli hissə izlədik. Birinci hissə ilə müqayisədə ikinci hissəni daha yaxşı oynadıq. Futbolçuların fiziki durumunun lazımi səviyyədə olması imkan verdi ki, meydandan qələbə ilə ayrılaq”- deyə baş məşqçi bildirib.
“Rumıniya yoxsa Azərbaycan millisi ilə qarşılaşma Avstriya komandası üçün daha çətin keçdi?” - sualına isə cavabında Herman Stadler deyib ki, hər iki görüş onun yetirmələri üçün çətin olub: “Amma buna baxmayaraq futbolçularımın fərdi bacarığı sayəsində hər iki oyunda qələbə qazandıq”.
Qeyd edək ki, 2017-ci ildə Xorvatiyada keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Avstriya millisi Ingiltərə ilə birlikdə 6 xalla 6-cı qrupda 1-ci və 2-ci yerləri bölüşdürürlər.   

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/herman-stadler-futbolcularin-ferdi-bacariqlari-azerbaycan-millisi-uzerinde-qelebeye-sebeb-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR