Rusiya-OPEK danışıqlarının detalları məlum oldu

Rusiya-OPEK danışıqlarının detalları məlum oldu
07:04 28 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

OPEK-ə üzv olan ölkələrin və Rusiyanın neft qurumlarının rəhbərlərinin görüşündə neft hasilatının həcmini 4 faiz azaltmaq təklif edilib.   

 

APA-nın xəbərinə görə, “Reuters” agentliyi iki mənbənin məlumatına istinadən bildirib ki, Rusiya hasilat həcmini yalnız hazırkı səviyyədə dondurmağa hazır olduğunu bildirib.  

 

Agentlik qeyd edir ki, OPEK-in 28-29 oktyabr tarixlərində Vyanada keçiriləcək toplantısında  neft hasilatının azaldılması təklifi rəsmi şəkildə nəzərdən keçirilə bilər.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR