Əfsanəvi oyunçu idman direktoru oldu

Əfsanəvi oyunçu idman direktoru oldu
07:52 28 Oktyabr 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın əfsanəvi qapıçısı Andoni Subizaretta "Marsel" klubunda çalışacaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ona idman direktoru vəzifəsi həvalə olunacaq. Tərəflər artıq razılığa gəliblər. Fransa klubu ona yeni mövsümə transferlər etmək üçün 200 milyon avro ayıracaq. Subizaretta 3 illik müqaviləyə imza atacaq. "Marsel" daha öncə "Sevilya"nın funksioneri Ramon Monçini sözügedən vəzifəyə gətirmək istəsə də, Əndəlus klubundan rədd cavabı almışdı.

Subizaretta daha öncə "Barselona"nın idman direktoru kimi çalışmışdı. Klub rəhbərliyi onun transfer siyasətindən narazı olduğundan tutduğu postdan getmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR