"Hamı elə bilir, əlimdə sehrli çubuq var"

"Hamı elə bilir, əlimdə sehrli çubuq var"
09:12 28 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın son oyunlardakı uğursuzluqları barəsində açıqlama verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ispan çalışdırıcı "Marca"ya verdiyi açıqlamasında maraqlı fikirlər səsləndirib.

"Mən 10 oyun ardıcıl udanda nə edirdimsə, indi də onu edirəm. Ancaq bu cür enişlər bütün komandalarda olur. Hamı elə düşünür ki, mənim əlimdə sehrli çubuq var. Ancaq bu, futbolda mümkün deyil. Hər komandanın yaxşı və pis nəticələri ola bilər. Ümid edirəm ki, bu hal çox davam etməz, ancaq bu, işimizin bir parçasıdır", - deyə Pep bildirib.
 
Qeyd edək ki, "Mançester Siti" ardıcıl 6 oyundur ki, qələbəyə həsrət qalır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR