"Qalatasaray" yeni bazaya köçür

"Qalatasaray" yeni bazaya köçür
09:52 28 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu komandanın təlim-məşq bazası olan "Florya Mətin Oktay Təsisləri"ndən köçəcək. "Report"un "Fotomaç"a istinadən verdiyi məlumata görə, artıq klubun yeni bazasının ünvanı dəqiqləşib.
"Sarı-qırmızılar" iki mövsüm ərzində Uskumruköy məntəqəsində məskunlaşacaq. Ərazi "Türk Telekom Arena"dan təxminən 23 km uzaqlıqda yerləşir.
Buraya köçdükdən sonra komandanın baş məşqçisi və legioner futbolçuları da hazırda yaşadıqları evlərdən çıxmalı olacaq. Səbəb məsafənin uzaq olmasıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qalatasaray-yeni-bazada-meskunlasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR