Putin Gülənə görə ABŞ-ı tənqid etdi

Putin Gülənə görə ABŞ-ı tənqid etdi
10:13 28 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ABŞ dövlətini xarici ölkələrin daxili işlərinə müdaxilə etməkdə və Fətullah Güləni Türkiyəyə qaytarmamaqda qınayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Vladimir Putin Soçidə təşkil olunan konfransda çıxışı zamanı Rusiyanın xarici siyasəti, ABŞ ilə münasibətləri və Suriyadakı vəziyyətlə bağlı danışıb.

V.Putin deyib ki, indi ABŞ xarici ölkələrin daxili siyasətlərinə açıq və kobud şəkildə müdaxilələr etməyə çalışır:

“İstənilən halda, həmin ölkə ilə arada nə baş versə belə ABŞ-ın bir ölkənin daxili işlərinə qarışması yolverilməzdir. Ancaq biz Türkiyədə 15 iyul hadisələri törədilən zaman açıq şəkildə ABŞ-ın müdaxilələrinin şahidi olduq. Baxmayaraq ki, ABŞ və Türkiyə müttəfiq ölkələrdir. Amma ABŞ Türkiyədə 15 iyul hadisələrini törətməkdə təqsirli bilinən Fətullah Güləni hələ də himayə edir. Türkiyə Fətullah Gülənin qaytarılması üçün dəfələrlə ABŞ-a müraciət etsə də, Amerika hökuməti onu təhvil vermək istəmir. Bütün bunlar isə xarici ölkələrin daxili siyasi proseslərinə açıq müdaxilə etmək deməkdir”.

V.Putin ABŞ-ın Suriya və digər ölkələrə də müdaxilələr etdiyini diqqətə çatdırıb: “Bu gün NATO “soyuq müharibə” dövründə olduğu kimi, yenidən bizə qarşı fəallaşıb. Ancaq Rusiyaya qarşı sanksiyaların heç bir nəticəsi olmayacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR