Röyanın keçmiş əri ölkədən qaçmağa hazırlaşır - iddia

Röyanın keçmiş əri ölkədən qaçmağa hazırlaşır - iddia
10:16 28 Oktyabr 2016
146 Şou
Ölkə mətbuatı
A- A+

"Çudo Peçka" mağazalar şəbəkəsində çalışan işçilər 8 aydır ki, əmək haqlarını ala bilmirlər.

Axşam.az Modern.az-a istinadən bildirir ki, işçilər şirkətin rəhbəri Anar Cəlilovun buna görə məsuliyyət daşıdıqlarını deyiblər.
 
"8 aydır ki, əmək haqlarımızı ala bilmirik. Dəfələrlə Anar Cəlilova etirazımızı bildirmişik. Bizə deyir ki, "3 gündən bir gəlib 20 manatınızı alıb gedin. Sizə 2000 manatı birdəfəlik verən deyiləm". Onun 3 gündən bir təklif etdiyi 20 manatla nə etmək olar? Kirayədə qalanlarımız var. İşığın, qazın pulunu necə verək? Necə dolanaq 20 manatla?".

İşçilər "Çudo Peçka"nın müflis olduğunu da bildiriblər:

"Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsi çökmək üzrədir. Anar Cəlilov da çox yaxşı bilir ki, biznesi çökür. Ölkədən qaçmağa hazırlaşır. Ona görə də işçilərin əmək haqlarını verməyi düşünmür".

İşçilər bir neçə yerə şikayət edəcəklərini də deyiblər.

Qeyd edək ki, baş verənlərlə bağlı "Çudo Peçka" mağazalar şirkətinin sahibi Çingiz Cəlilovun oğlu Anar Cəlilov polis bölməsinə çağrılıb.

Xatırladaq ki, Anar Cəlilov müğənni Röyanın keçmiş həyat yoldaşı olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR