Baş nazirin müavini: "Gürcüstanla Azərbaycanın maraqları üst-üstə düşür" - FOTO

Baş nazirin müavini: "Gürcüstanla Azərbaycanın maraqları üst-üstə düşür" - FOTO
10:17 28 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, görüşdə çıxış edən D. Kumsişvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Bizim istiqamətlərimiz əlaqəlidir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim iqtisadi maraqlarımız üst-üstə düşür".
 
Ş. Mustafayev isə bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq aləmdə hər zaman bir-birini dəstəkləyib. "Biz regional layihələrdə birgə iştirak edirik və ölkələrimizin iqtisadi inkişafına nail olmağa çalışırıq", - deyə nazir qeyd edib.
 
Bunun ardınca görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR