Azərbaycanın ikiqat paralimpiya çempionu ali məktəb məzunu olub

Azərbaycanın ikiqat paralimpiya çempionu ali məktəb məzunu olub
10:52 28 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. "Report"un məlumatına görə, 36 yaşlı idmançı rektor Fuad Hacıyevin imzaladığı diplomu ötən gün alıb.
O, akademiyada "Bədən tərbiyəsi və idman" ixtisası üzrə başa vuraraq, bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.
Qeyd edək ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman erməni snayperinin gülləsinə tuş gəlib. Nəticədə o, görmə qabiliyyətini itirib. Sonradan Zəkiyev paralimpiyaçı cüdoçuların mübarizəsinə qatılıb, "Afina-2004" və "Pekin-2008" Yay Paralimpiya Oyunlarında 100 kq-dan yuxarı çəki dərəcəsində qızıl, "London-2012"də gümüş medal qazanıb. Təcrübəli cüdoçunun aktivində "Bakı 2015" I Avropa Oyunlarının qızıl medalı, eləcə də dünya və 6 qat Avropa çempionu titulları da var.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR