Sel sularına görə bağlanmış magistral yolda hərəkət bərpa olunub - FOTO

Sel sularına görə bağlanmış magistral yolda hərəkət bərpa olunub - FOTO
11:05 28 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Sel sularına görə bağlanmış Ələt-Astara magistralında hərəkət bərpa olunub

Bu barədə Milli.Az-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib: 

"Ötən gün intensiv yağışlarla əlaqədar Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində su bəndinin partlaması nəticəsində rayonun Alar qəsəbəsi və həmin ərazidən keçən Ələt-Astara magistralının bir hissəsi sel suları altında qalıb. Qəsəbəni sel sularının basması təhlükəsi yarandığından yolun 127.2-ci km-də hərəkət hissəsinin 5 metr enində və 3 metr dərinlikdə qazılmasına zərurət yaranıb. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib. Səhər saatlarında sel suları ərazidə azaldığından sonra yolun bərpası istiqamətində işlərə başlanılıb. Yolun qazılmış hissəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud 3 ədəd su borusundan əlavə yolun altına bərpa zamanı daha 2 ədəd su borusu da yerləşdirilib. Hazırda sözügedən magistralda hərəkət tam bərpa olunub".
 

Yusif Nəsirli

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR