Ruslar deportasiya edilir – Beynəlxalq QALMAQAL

Ruslar deportasiya edilir – Beynəlxalq QALMAQAL
11:13 28 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın bir neçə vətəndaşı qonşu Çernaqoriyada terror aktlarına hazırlaşdığı üçün Serbiyadan deportasiya edilib.

Publika.az xəbər verir ki, rusiyalıların deportasiyası haqqında Serbiya hökumətinə yaxın mənbələrə istinadən “Danas” nəşri bildirib.

Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, vəziyyətə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qarışmalı olub. O, Rusiya-Serbiya münasibətlərində qalmaqalın yaranmamasına çalışıb.

Oktyabrın 16-da Serbiyanın 20 vətəndaşı Çernaqoriyada terror aktlarına hazırlığa görə tutulub. İstintaqın versiyasına görə, onlar müxalifətin mitinqində iştirak edənləri güllələməyə hazırlaşırdılar. Serbiyanın baş naziri Aleksandr Vuçiç bu informasiyanı təsdiq edib və bildirib ki, ölkənin hüquq-mühafizə orqanları bu planın reallaşdırmasına cəlb edilmiş “daha bir neçə təhlükəli qrupu” aşkarlayıb. Baş nazir əlavə edib ki, saxlanılanlar əcnəbilərlə əlaqəli şəkildə hərəkət edirdilər.

Serbiyanın baş naziri rusiyalıların deportasiyası haqqında KİV-də yayılan xəbərləri şərh etməkdən imtina edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR