Aktyor "Azdrama"dan çıxarılmasının səbəbini açıqladı

Aktyor "Azdrama"dan çıxarılmasının səbəbini açıqladı
11:56 28 Oktyabr 2016
48 Şou
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının sabiq əməkdaşı Hikmət Rəhimov işdən uzaqlaşdırılmasının əsl səbəbini açıqlayıb.

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, aktyor teatrda baş verən olayda “Azdrama”nın direktoru Azər Paşa Nemətovun günahkar olduğunu deyib:
 
“Azər Paşa Nemətov yaxşı rejissordur, yaxşı da tamaşalar qurur. Artıq həyatda da tamaşalar qurmağa başlayıb. Bir insanla mübahisəm oldu. Azər Paşa Nemətov məni otağına çağırıb dedi ki, yaz ərizəni, get, o insan da bölmədən ərizəsini geri götürər”.

Aktyor qeyd edib ki, Azər Paşa Nemətov bilərəkdən bu yola əl atıb:

“Çünki o, Akademik Milli Dram Teatrına direktor təyin olunanda onu təbrik etməmişdim, bu da onda qərəz yaradıb. Əgər sən ədalətli direktorsansa, mənimlə yanaşı onu da teatrdan çıxartmalı idin. Bu intiriqanın adı nədir? Niyə? Direktor təyin olunanda sizi təbrik etmədim, buna görə?”.
 
H.Rəhimovun bu iddiaları ilə bağlı teatrdan məsələyə münasibət bildirilməyib.
 
Xatırladaq ki, bir müddət əvvəl Akademik Milli Dram Teatrında rejissor köməkçisi Vüqar Məmmədovla aktyor Hikmət Rəhimov arasında dava düşüb. V.Məmmədov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Daha sonra isə teatrın direktoru Azər Paşa Nemətov H.Rəhimovu işdən çıxarıb. Onun teatrdan uzaqlaşdırılmasına etiraz olaraq isə, xalq artisti Fuad Poladov “Azdrama” ilə yollarını ayırıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR