"Xəzər Lənkəran"ın üç rəqibi bəlli oldu

"Xəzər Lənkəran"ın üç rəqibi bəlli oldu
18:21 5 Yanvar 2015
268 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışı keçəcək "Xəzər Lənkəran" klubu bu axşam Türkiyəyə yola düşəcək.

ANS PRESS-in məlumatına görə, Lənkəran təmsilçisinin yoxlama oyunlarında qarşılaşacağı üç rəqibi müəyyənləşib.

"Xəzər Lənkəran" klubu ilk yoxlama matçını yanvarın 10-da, Türkiyə təmsilçisi "Tekirdağspor"a qarşı keçirəcək. Ayın 17-də Almaniya III Bundesliqa təmsilçisi "Çemnitzer" klubu ilə qarşılaşacaq
"Xəzər Lənkəran" 3 gün sonra növbəti matçına çıxacaq.

Elbrus Məmmədovun komandası bu dəfə Türkiyə superliqa təmsilçisi "Kayseri Erciyesspor"la üz-üzə gələcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR