4 il sonra qızı ilə görüşdü

4 il sonra qızı ilə görüşdü
12:21 28 Oktyabr 2016
66 Şou
Ölkə mətbuatı
A- A+

Hollivud aktyoru Tom Kruz 2012-ci ildə qızı Surinin anası aktrisa Keti Holmsdan boşanmışdı.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmin vaxtdan Kruzun bağlı olduğu "Scientology" adlı təriqət ona qızı ilə görüşməyi qadağan etmişdi.

Ancaq son günlər aktyorun təriqətdən gizli olaraq qızı ilə görüşdüyü ortaya çıxıb. Onların 4 il sonra görüşdüyü, lakin bunu hər kəsdən gizlətdikləri deyilir.

Bir neçə gün əvvəl Tom "Jack Reacher 2: Never Go Back" filminin Londonda baş tutan qala gecəsində iştirak edib. Jurnalistlərlə söhbəti zamanı o, "Scientology" haqda danışaraq həyatını bu təşkilata borclu olduğunu deyib:

"Bu inanc həyatımda mənə inanılmaz dərəcədə kömək edib. 30 ildir ki, ona inanıram. O, olmasaydı, burada ola bilməzdim".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR