Belarus prezidenti: "Azərbaycanın imici xeyli yüksəlib"

Belarus prezidenti: "Azərbaycanın imici xeyli yüksəlib"
12:22 28 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azərbaycanda hakimiyyətin öhdəsindən yaxşı gəldiyi imtahan - uğurlu referendum münasibəti ilə sizi təbrik etmək istəyirəm".
"Report" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə deyib.
Onun sözlərinə görə, referendumun nəticələri bu çətin dönəmdə Azərbaycan xalqının hökumətə olan münasibətinin ən yaxşı sübutudur. "Bu, çox böyük qələbədir və bunun dünyada necə qiymətləndirildiyini bilirəm. Bütün söz-söhbət, dedi-qodu dərhal yox oldu, ölkənizin imici xeyli yüksəldi", - deyə prezident bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/belarus-prezidenti-azerbaycanin-imici-xeyli-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR