Yazıçılarımız əsgərlərlə birgə kazarmada qalacaq - SƏBƏB

Yazıçılarımız əsgərlərlə birgə kazarmada qalacaq - SƏBƏB
12:33 28 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-də Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvləri ilə görüşüb.

Görüş iştirakçılarından biri - AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə təəssüratlarını Publika.az-la bölüşüb: “Çox yüksək səviyyəli bir görüş oldu. Bu görüşün məramı o idi ki, biz yazıçılar mütəmadi olaraq ordu ilə təmasda olaq. Yazıçı əsgər münasibətləri yaransın. Biz təkliflərimizi, arzu və istəklərimizi bildirdik. Müdafiə naziri general-polkovnik Zakir Həsənova təklif etdik ki, mütəmadi olaraq ədəbiyyat qəzetində ordumuzla bağlı müsahibələr versin. İnsanlar o müsahibələri oxuyub, əsil həqiqəti bilsinlər, rahat olsunlar. Qərara aldıq ki, “Ədəbiyyat” və “Azərbaycan ordusu” qəzetlərində mütəmadi olaraq cəbhə yazıları dərc olunsun. Yazıçıların tez-tez əsgərlərlə görüşü təşkil olunacaq, onlar üçün kitabxanalar yaradılacaq, yazarlarımız cəbhə bölgələrinə yollanacaq, günlərlə əsgərlərin yanında - kazarmada qalıb, onların yaşam tərzi ilə maraqlanacaq. Sonra gördüklərini gəlib qələmə alacaq. Bir var əsgərin həyatı haqqında düşündüklərini yazasan. Bir də var, canlı olaraq onun yanında olub, yaşantılarını qələmə alasan. Bu oxucu üçün daha maraqlıdır. Biz bəstəkarlarla da əlaqə saxlayacağıq. Əsgərlərimiz barədə gözəl musiqilər təqdim olunacaq”.

Cəvahir



Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/173851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR