Tovuzda QORXUNC QƏZA - Yük maşınları toqquşdu

Tovuzda QORXUNC QƏZA - Yük maşınları toqquşdu
12:37 28 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
 
"MAZ" və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində "MAZ"ın sürücüsü, Ağstafa rayon sakini, 1985-ci il təvəllüdlü Eşqin Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR