Kamilə atasının faciəli ölümündən danışdı

Kamilə atasının faciəli ölümündən danışdı
12:42 28 Oktyabr 2016
121 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Kamilə Babayeva efirdə göz yaşlarını saxlaya bilməyib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, aparıcısı olduğu "5-ci element" verilişində atası ilə bağlı xatirələrini danışıb. O bildirib ki, atası faciəvi şəkildə dünyasını dəyişib:

"Atam tibbi ekspert idi. Bir gün 18 yaşda gənc qız meyidi gətirirlər. Baxışdan sonra müəyyən qeydlər edəsi olur. Atam arxasını meyidə çevirib qeydlərini edir, gecəyarısı olub. Həmin vaxt meyidin qolunda refleks baş verir, qolu atamın çiyninə düşür. Atam ondan qorxur. Gecə maşına oturub, Qax tərəfə gedirmiş. Birdən güzgüdə həmin qızın simasını görür, "qız arxada otubmuş" kimi nəsə görüb. Bu zaman qəza baş verir. Meşə ərazisində olduğu üçün maşın ağaclara çırpılır. Avtomobil yararsız halda olub. Atamı səhər saatlarında tapıblar. Həmin hadisədən sonra səhhəti pisləşir. Bir müddətdən sonra dünyasını dəyişdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR