Lerikdə dağ uçqunu baş verib, 150-dən artıq avtomobil yolda qalıb

Lerikdə dağ uçqunu baş verib, 150-dən artıq avtomobil yolda qalıb
12:47 28 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Lerik rayonunda dağ uçqunu baş verib, yol kəsilib. 
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində "Dağlar qapısı" deyilən ərazidə baş verib. Yolun hərəkət istiqamətinin təxminən 50 metr məsafəsi böyük qaya parçaları ilə örtülüb. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb. Ancaq hərəkət dayanıb və 150-dən artıq avtomobil yolda qalıb. 
Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov əraziyə yol-istismar idarəsinin texnikaları və canlı qüvvəsinin səfərbər olunduğunu bildirib. O qeyd edib ki, bu yol rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən əsas yoldur.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR