"Günay Sığorta"nın baş ofisi yeni ünvana köçüb

"Günay Sığorta"nın baş ofisi yeni ünvana köçüb
13:07 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Günay Sığorta" ASC baş ofisinin yerini yenidən dəyişib. "Report" xəbər verir ki, şirkət Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 31/11 ünvanına köçüb.
Xatırladaq ki, indiyə qədər "Günay Sığorta" bir neçə ay bundan əvvəl aktivlərini aldığı "Buta Sığorta" ASC-nin fəaliyyət göstərdiyi ünvana - Bakı şəhəri, Binəqədi rayonu, 3066-cı məhəllə, ev 168 B ünvanına köçmüşdü.
"Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 71,94%-i Şirinova Yeganə Məmməd qızına, 16,61%-i "Günay Bank" ASC-yə, 11,45%-i isə Məmmədova Xanım Nadir qızına məxsusdur. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/gunay-sigorta-nin-bas-ofisi-yeni-unvana-kocub-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR