Bir neçə qanuna dəyişiklik edilib

Bir neçə qanuna dəyişiklik edilib
13:23 28 Oktyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisdə Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, 2015-ci ilin 4 dekabrında “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul edilib. İndi həmin qanundan irəli gələrək bir neçə qanuna dəyişiklik ediləcək.

Dini radikalizm, dini fanatizm və dini ekstremizm anlayışı Cinayət Məcəlləsində mövcud maddələrin dispozisiyasında öz əksdini tapmalıdır. Cinayət Məcəlləsinin 214, 279, 283,, 283-1 maddələrinə dəyişiklik edilir.

İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklər edilməsi haqda qanun layihəsi də bu səpkidəndir.

Milli Məclisin I vitse-prezidenti Ziyafət Əsgərov çıxışı zamanı deyib ki, 2015-ci ildə qəbul edilən Dini Ekstirimizm qarşı mübarizə haqqında” qanun qəbul olunub: “Əli müəllimin dediyi qanunlardan başqa, daha 10 qanun layihəsinə dəyişiklik edilir. Xahiş edirəm müzakirələr zamanı bu məqamı nəzərə alasınız”.

Deputatlar qanun layihəsini qəbul edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR