AVRO-2020: Münhen şəhərinin loqosu təqdim olunub

AVRO-2020: Münhen şəhərinin loqosu təqdim olunub
13:32 28 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

AVRO-2020-yə ev sahibliyi edəcək Almaniyanın Münhen şəhərinin loqosunun təqdimatı olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təqdimat mərasimində UEFA-nın sloveniyalı prezidenti Aleksander Çeferin, "Bayern" Münhen klubunun sədri Karl-Hayns Rummenige və Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal iştirak edib. Qeyd edək ki, Münhen, Bakı ilə bərabər AVRO-2020-yə ev sahibiliyi edəcək 13 şəhərdən biridir. AVRO-2020-nin 4 oyunu (3 qrup və 1 1/4 final görüşü) Bakı Olimpiya Stadionunda keçiriləcək. Bakının loqosunun təqdimat mərasimi isə sentyabrın 30-da olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR