İraq Türkmən Cəbhəsinin başqanı azərbaycanlı deputata zəng etdi

İraq Türkmən Cəbhəsinin başqanı azərbaycanlı deputata zəng etdi
13:33 28 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında İraqın Kərkük, Mosul və Telafer bölgələrində yaşayan türkmənlərin İŞİD terror təşkilatının təhdidi altında qalmasına gündəmə gətirib.

Publika.az xəbər verir ki, Q.Paşayeva parlamentə çıxışı zamanı deyib ki, bu yaxınlarda İraq Türkmən Cəbhəsinin başqanı Ərşad Salehi ona telefon açıb: “Ərşad Salehi türkmənlərin başına gətirilən müsibətlərdən danışdı və Azərbaycandan dəstək istədi. İnanıram ki, biz türkmən qardaş və bacılarımızın səsini duyacağıq və gücümüz çatdığı qədər onların yanında olacağıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR