Star TV-nin reytinqli serialı "Kiralık Aşk"a yeni aktrisa gəlir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu il yayımlanan "Survivor"da iştirak Ezgi Avcı serialda rol alacaq. Onun hansı obrazda olacağı isə hələ bəlli deyil.
Qeyd edək ki, hazırda 21 yaşı olan Ezgi 2013-cü ildə keçirilən "Miss Türkiyə"nin üçüncüsü olub.