Yeni təhvil verilən yol bir yağışa dözmədi - FOTO

Yeni təhvil verilən yol bir yağışa dözmədi - FOTO
13:52 28 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Binə qəsəbəsinə gedən yolun yeni təhvil verilən hissəsində qoyulmuş bardürlər və tamet hissəsi yağışlardan sonra dağılıb.

Milli.Az bildirir ki, bu haqda qafqazinfo-ya qəsəbə sakinləri məlumat verib. Bildirilir ki, fotolar yolun Aviasiya Akademiyasının yaxınlığındakı hissəsindən çəkilib. Sözügedən hissə 1-2 ay öncə istifadəyə verilib. Yolun tikintisi "Azəravtoyol" tərəfindən aparılır.

"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, yolun tikintisi hələ yekunlaşmayıb və təmir işləri davam etdirilir: "Orada həmin hissələrin hamısı bərpa olunacaq. Hələ heç asfalt da tam olaraq çəkilib tamamlanmayıb. Asfaltın üst qatı qalıb".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR