Dostları Miri Yusifə dönər hədiyyə etdilər - FOTO

Dostları Miri Yusifə dönər hədiyyə etdilər - FOTO
13:57 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az primetime.az-a istinadən bildirir ki, ötən gün doğum gününü "Nəsib olsa" verilişində qeyd edən Miri Yusifə maraqlı hədiyyə bağışlanıb. Keçmış "Dəyirman" qrupunun üzvləri Elmir və ABD Malik gətirdiyi hədiyyəni Miri Yusifə verərək, sürprizə baxmasını istəyiblər. Hədiyyə qutusunun içindən bir dönər və ayran çıxıb. "Dəyirman"çılar gətirdikləri hədiyyənin açıqlamsını bu cür ediblər:

"Biz keçmişimizi unudan insanlar deyilik. Miri Yusifə bunu gətirməkdə məqsədimiz də budur. Bizim elə vaxtlarımız olub ki, bir yerdə dönər yemişik, onunla dolanmışıq".

Miri Yusif də dostlarının sözlərini davam edtdirərək, deyib: "Biz bir yerdə böyümüşük. Belə pis çıxmasın, günümüz küçələrdə keçib. İnşaat və Memarlıq Universitetində birgə oxumuşuq. Dərslərdən sonra universitetin bufetinə düşüb, dönər yeyirdik. Yəqin, Malikin də dönər gətirməkdə məqsədi odur ki, kökümüzü unutmayaq. Mən keçmişimi unudan insanlardan deyiləm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR