Xalq artisti aktyoru təhqir etdi - "O, dələduzdur"

Xalq artisti aktyoru təhqir etdi - "O, dələduzdur"
14:21 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verib. O, gənc aktyor Hikmət Rəhimovun “Azdrama”dan çıxarılmasına etiraz olaraq bu addımı atıb.
 
Axşam.az xəbər verir ki, kulis.Az-ın məsələ ilə bağlı rəy aldığı xalq artisti Ramiz Məlik Azər Paşa Nemətov ilə Fuad Poladovun münasibətlərinin qaydasında olduğunu bildirib:

“Bütün bunları eləyən o dələduz Hikmət Rəhimovdur. O Hikmət ki Mehdi müəllimin (Rejissor Mehdi Məmmədov-red) oğlunu döymüşdü. İşi polisə düşüb indi. Çıxsın desin də bunları. Kişidir, desin hamısını. Desin, mən tərbiyəsizəm, dələduzam. Onun ayağı YUĞ teatrına dəyən kimi başladı bu həngamə. Hegemonluq eləyirdirlər. İsrafil İsrafilov da buna şərait yaradırdı”.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR