Bakıda 2 yaşlı uşaq klinikada əməliyyat zamanı öldü, cinayət işi başlandı

Bakıda 2 yaşlı uşaq klinikada əməliyyat zamanı öldü, cinayət işi başlandı
14:27 28 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun "Oksigen" klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR