Dini ekstremizmə qarşı mübarizə üzrə yeni qaydalar təsdiq edildi

Dini ekstremizmə qarşı mübarizə üzrə yeni qaydalar təsdiq edildi
14:27 28 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri, yol hərəkəti müvəqqəti məhdudlaşdırıla bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında", "Elektronika haqqında", "Su təchizatı haqqında", Telekommunikasiya haqqında" və "Yol hərəkəti haqqında" qanunlara dəyişikliklər edilməsi müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmənin qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri, yol hərəkəti müvəqqəti məhdudlaşdırıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR