Polis "Mama Roza"nı iş başında tutdu

Polis "Mama Roza"nı iş başında tutdu
14:42 28 Oktyabr 2016
537 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə fahişələrə qarşı polisin növbəti əməliyyatı reallaşıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Adana polisi, həm fahişəlik etdiyi, həm də iki qadına fahişəlik etdirdiyi irəli sürülən qadını cinayət başında yaxalayıb.

Polis ona daxil olan məlumat əsasında əməliyyat keçirib. 

Polis müştəri adı ilə qadına zəng edərək, 3 nəfər olduqlarını, onlara təcili 3 qadının lazım olduğunu bildiriblər. Qadın 50 TL qarşılığında onların istəklərini yerinə yetirə biləcəyini deyib. Polis təkliflə razılaşaraq verilən ünvana gəlib, 3 qadını avtomobilə otuzduraraq meşəlik bir əraziyə gəliblər. Polis 3 qadın üçün 150 TL verdikdən sonra vəsiqəsini təqdim edərək onları bölməyə gətirib.

Digər iki qadın zərərçəkmiş qismində ifadələri alındıqdan sonra sərbəst buraxılıb. 

"Mama Roza"lıq etdiyi üçün fahişəliyə vasitəçilik maddəsi ilə qadına cinayət işi açılıb. Lakin inzibati cəza verilərək o da sərbəst buraxılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR