Manaf Ağayev məhkəmədə ifadə verdi: "Satmıram, ya ev, ya obyekt"

Manaf Ağayev məhkəmədə ifadə verdi: "Satmıram, ya ev, ya obyekt"
14:54 28 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Ləğv edilmiş MTN-nin sabiq idarə rəisi Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində Reyhan Xəlilov ifadə verib. O bildirib ki, “Real” MTK-ya Nərimanov rayonu ərazisində olan mənzilini satıb.: "70,5 kvadratmetr olan evi “Real” MTK-ya satdım. Mənə 141 min manat verdilər. Qardaşım oğlu böyrək xəstəliyindən əziyyət çəkirdi.  İlham Qasımov xeyirxahlıq məqsədi ilə 25 min manat da ona görə verdi".

 

İstintaq zamanı məlum olub ki, R.Xəlilova evini 141 min manata satsa da, müqavilədə evin alınması üçün ödənilən məblığ 762 min manat olaraq göstərilib.

 

Şahid bundan xəbərinin olmadığını deyib.

 

Prosesdə şahid qismində “Real” MTK-nın baş mühasibi Ədilağa Hüseynov da ifadə verib.

O, 2012-ci ildən şirkətdə çalışdığını bildirib: “Gülağa Qəmbərov (Tənha) İlham Qasımovla şərik oldu. Bundan sonra İ.Qasımov “Real” MTK-dakı payını G.Qəmbərova satdı. “Real” MTK-nın direktoru olmuş Sahib Cahangirlinin dedikləri əsasında sənədləşdirmə işlərini apardım. Alınan evlərin bir kvadratmetri üçün 2-2,5 min manat vəsait ayrılmışdı. Sonradan ev sahibləri qiymətin artırılmasını istədilər".

 

Hakimin suallarına cavab verən baş mühasib  sənədlərdə yazılan məbləğlərdən xəbəri olduğunu deyib: "Mən sənədləri Sahib Cahangirlinin dedikləri əsasında hazırlamışam. Verilən məbləğlərdən xəbərim yoxdur. Bir məsələ də var ki, elə mənzil var idi, cəmi 14 kvadratmetr idi. 14 kvadratmetrin sənədi olsa da, evi genişləndirib 150-200 kvadratmetr ediblər. Ola bilsin, məbləğlərin üst-üstə düşməməsi bununla bağlıdır”.

 

Prosesdə qeyd edilib ki, ucuz qiymətə alınan, lakin sənədlərdə yüksək məbləğ göstərilən evlərin alqı-satqısı baş mühasibə verilən etibarnamə əsasında həyata keçirilib.

 

Şahidin istintaqa verdiyi ifadədə ziddiyət olub. Onun istintaqa verdiyi ifadə elan edilib.

 

 

Ə. Hüseynov dediklərinin təhrif olunduğu deyib. "Müstəntiqin səmimiyyətinə inandım. Nə dedimsə, yazdığını düşündüm və imzaladım. Eynəyim maşında qaldığı üçün oxumadan imzaladım”.

 

Prokuror vəsatət verərək baş mühasibin digər proseslərdə də iştirak etməsini istəyib. Dövlət ittihamçısı vəsatətini ifadələr zamanı çarpaz dindirilmənin vacib olması ilə əlaqələndirib. Vəsatət təmin edilib.

 

Daha sonra tanınmış müğənni Manaf Ağayev məhkəmədə ifadə verib.

 

 

O, ifadəsində İlham Qasımovu yaxından tanıdığını deyib: "Bunların bina inşa etmək istədiyi  yerdə iki qarajım vardı. İlhamın bacısı oğlu mənə dedi ki, dayısı orda bina tikir qarajları onlara satım. Ona dedim, dayısına desin ki, Manaf qarajı satmır, obyektlə ya da mənzillə dəyişdirir".

 

 

Tanınmış müğənni istintaqa verdiyi ifadələri təsdiqləyib. O bildirib ki, qarajların rəsmi sənədi olmayıb: "Çoxdan almışam, müqaviləsi var. Amma "kupça" yoxdur".

 

 

Zərərçəkmiş Gülağa Tənhanın köməkçisi olan Tofiq Bünyatzadə də ifadə verib. O, 2010-cu ildən Gülağa Qəmbərovun köməkçisi işlədiyini deyib: "19 milyon 687 min dolların İlham Qasımova verilməsində iştirak etmişəm. Pulun hansı məqsədlə və nəyə xərclənməsindən xəbərsiz idim".

 

Gülağa Tənhanın hüquqşünası Ağalar Quliyev ifadə verib. O qeyd edib ki, Gülağa Tənha zəng edib, İlham Qasımova verilən pulların xərclənməsi ilə bağlı sənədlərə baxmağını istəyib. Hüquqşünas ifadəsində bildirib ki,  şirkətin ofisinə bir neçə dəfə gedib: "Mühasiblə görüşüb, bəzi sənədləri istədim.  Məbləğlərin də şişirdildiyini, dəyərindən artıq göstərildiyini gördüm. Bununla bağlı Gülağa müəllimdə şübhələr yarandı, araşdırdıq ki, pullar təyinatı üzrə xərclənməyib".

 

Proses noyabrın 4-də davam edəcək.

 

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

 

İlham Qasımov tanınmış yazıçı, xeyriyyəçi, iş adamı Gülağa Tənhaya qarşı dələduzluqda ittiham edilib. Gülağa Tənha məhkəmədəki ifadəsində İlham Qasımovun ona 19,5 milyon dollar pulunu aldadaraq aldığını deyib.

 

 

 Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

23 Sentyabr 2017 06:27

Məşhur aktyor iki nəfərin ölümündə günahlandırılır

23 Sentyabr 2017 06:24

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47