Türkiyə Rusiyadan nə istədi?

Türkiyə Rusiyadan nə istədi?
15:05 28 Oktyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə "Qazprom"a Rusiyadan qaz tədarükü həcmlərinin artırılması xahişi ilə müraciət edib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, "Qazprom"a 28 oktyabr tarixi üçün müraciətdə tədarük həcmi 9,3% artaraq sutkada 82,1 milyon kubmetr təşkil edir.

"Qazprom"dan bildiriblər ki, şirkət həmişə olduğu kimi bu dəfə də tədarüklə bağlı müraciəti yerinə yetirəcək.

Əvvəl xəbər verildiyi kimi, İrandan Türkiyəyə qaz ötürən kəmərdə partlayış baş vermiş, qaz tədarükü bu səbəbdən dayanmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR