"Mənim heç kimlə düşmənçiliyim olmayıb. Eləcə də, Rövşən
Lənkəranski ilə. O yazılanlar isə boş şeylərdir”.
Bu sözləri Lent.az-ın əməkdaşıyla söhbətində əslən Şamaxıdan olan
milyonçu, idman ustası, hazırda Kiyevdə bizneslə məşğul olan Oleq
Andreyeviç Krapivin bildirib.
Oleq Andreyeviçin dediyinə görə, o, bu tip söhbətlərə fikir vermir,
hazırda Kiyevdə öz işləriylə məşğuldur.
Lent.az-ın “Sizə qarşı sui-qəsd planının “Lotu Quli”ylə dost
olduğunuza görə təşkil edildiyi bildirilir,” sualına isə iş adamı
belə cavab verib: “Mən çox adamla dostam, çox adamla münasibətlərim
ola bilər. Deyilənlər mənim üçün əhəmiyyətsizdir”.