Bakıda ər arvadını və baldızını bıçaqladı

Bakıda ər arvadını və baldızını bıçaqladı
15:17 28 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Sabunçu rayonu, E.Mehdiyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
 
Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Oqtay Təhməzov ailədaxili münasibətlər zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvira Nəsirovanı və həyat yoldaşının bacısı, 1991-ci il təvəllüdlü Eminə Nəsirovanı bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən O.Təhməzov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR