Afaq Abbasova Minskə gedir

Afaq Abbasova Minskə gedir
15:27 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bir sıra ölkələrin opera və balet teatrları ilə sıx qarşılıqlı əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində həmin ölkələrin vokal və balet sənəti ulduzları vaxtaşırı Bakıda, Azərbaycan sənətçiləri isə həmin ölkələrdə çıxış edirlər.

Yaxın günlərdə Azərbaycan Opera və Balet Teatrının aparıcı solistlərindən biri - əməkdar artist, prezident mükafatçısı Afaq Abbasova qarşılıqlı mədəni əlaqələr çərçivəsində Minskə qastrol səfərinə yollanacaqdır. Afaq noyabrın 5-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının truppası ilə birlikdə italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Nedda partiyasını ifa edəcəkdir.

Bu səfər teatrımızın gənc və istedadı solistlərindən biri olan Afaq Abbasovanın Belarusa ilk səfəri deyildir. Ötən il Minskdə keçirilən Beynəlxalq Milad festivalında çıxış edərkən öz parlaq ifası ilə hamını heyran edən vokalçımız elə o zaman teatr rəhbərliyinin diqqətini cəlb etmiş və növbəti qastrol səfərinə dəvət almışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/484051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR