Yerevanda məhkəmə hakimi rüşvət alarkən tutulub

Yerevanda məhkəmə hakimi rüşvət alarkən tutulub
15:42 28 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Yerevan rayonlarından birinin məhkəmə hakimi Şenqavit İşxan Barseqyan rüşvət alarkən tutulub.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.
Məlumata görə, şəhərin piyada keçidlərindən birində 1 000 dollar həcmində rüşvət ona verilərkən tutulub. Əməliyyat MTX əməkdaşlarının müşahidəsi altında keçirilib.
Xəbərdə bildirilib ki, faktla bağlı cinayət işi Ermənistanın Baş Prokurorluğuna təqdim olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR