Lənkəranskinin öldürmək istədiyi milyonçu: "Onunla düşmənçiliyim olmayıb"

Lənkəranskinin öldürmək istədiyi milyonçu: "Onunla düşmənçiliyim olmayıb"
15:57 28 Oktyabr 2016
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Mənim heç kimlə düşmənçiliyim olmayıb. Eləcə də, Rövşən Lənkəranski ilə. O yazılanlar isə boş şeylərdir.

Milli.Az bildirir ki, bu sözləri lent.az-ın əməkdaşıyla söhbətində əslən Şamaxıdan olan milyonçu, idman ustası, hazırda Kiyevdə bizneslə məşğul olan Oleq Andreyeviç Krapivin deyib.

Oleq Andreyeviçin dediyinə görə, o, bu tip söhbətlərə fikir vermir, hazırda Kiyevdə öz işləriylə məşğuldur.

Saytın: "Sizə qarşı sui-qəsd planının "Lotu Quli"ylə dost olduğunuza görə təşkil edildiyi bildirilir" sualına isə iş adamı belə cavab verib: "Mən çox adamla dostam, çox adamla münasibətlərim ola bilər. Deyilənlər mənim üçün əhəmiyyətsizdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR