Erməni tərəfindən VİDEOSU yayılan Vüqar: “O dığanı...”

Erməni tərəfindən VİDEOSU yayılan Vüqar: “O dığanı...”
16:53 28 Oktyabr 2016
426 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Vüqar Muradovun yeni videosu yayılıb.

Videoda müğənninin erməni ilə görüntüləri yer alıb. Belə ki, Rusiyanın paytaxtı Moskva şəhərinə toy adı ilə çağırılan müğənni orada döyülüb. Videoda görünür ki, Vüqarı döyənlərin əlindən erməni bir kişi alır. O, özünün erməni olduğunu və azərbaycanlıya yardım etdiyini söyləyib. Erməni həmçinin qeyd edib ki, Vüqarı döyənlər onun telefonunu, pulunu əlindən alıblar.

Xatırladaq ki, mətbuatda bir müddət öncə yayımlanan xəbərə görə, Vüqarı həmyerlilərimizin döyməsi bildirilirdi.

Publika.az-a açıqlama verən V.Muradovun cavabı belə olub: “Həmin o erməni məni döyənləri haradan tanısın? Mən döyülmüş vəziyyətdə yola çıxdım, əl elədim bir maşın saxladı. Oturdum, məni gətirdi polisə, kömək etdi. O, videonu necə, nə vaxt çəkib, o həyəcandan, o stressdən, başım-gözüm zərbə almışdım. Bu vəziyyətdə xəbərim olmayıb ki, erməni dığası videomu çəkir. Onun erməni olduğunu mən polisdə bildim”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR